Bakı.Trend:
Türkiyənin Futbol üzrə Milli Komandasının sabiq üzvü və idman şərhçisi Nihat Kahveci saxlanılıb.
Bu barədə Türkiyə KİV-ləri yerli hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, onun saxlanılmasına səbəb həyat yoldaşı ilə yaşadığı mübahisədən sonra qəsdən sağlamlığa zərər yetirmədə şübhəli bilinməsi olub.
Polis idarəsində aparılan müvafiq prosedurlardan sonra prokurorluğa göndərilən Kahveci ifadəsinin alınmasından sonra sərbəst buraxılıb. Bildirilir ki, həyat yoldaşı ondan şikayətçi olmayıb.
