ABŞ İrana qarşı daha bir hücum seriyasını başa çatdırıb

Dünya xəbərləri Materials 14 İyul 2026 06:47 (UTC +04:00)
ABŞ İrana qarşı daha bir hücum seriyasını başa çatdırıb

Bakı. Trend:

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıb, əməliyyat təxminən beş saat davam edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"CENTCOM ABŞ-ın şərq sahili vaxtı ilə saat 22:15-də (Moskva vaxtı ilə 05:15) İrana qarşı zərbələr dalğasını başa çatdırıb. Beş saat davam edən əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hərbi obyektləri uğurla vurub", - deyə CENTCOM-un yaydığı məlumatda bildirilib.

Məlumata görə, zərbələr Buşehr, Cask, Konarak, Bəndər-Abbas, Çabahar şəhərlərinə, eləcə də Əbu Musa adasına endirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti