İran AEBA-nın müraciəti ilə razılaşmayacaq – Bəqai

Dünya xəbərləri Materials 13 İyul 2026 13:32 (UTC +04:00)
İran AEBA-nın müraciəti ilə razılaşmayacaq – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə obyektlərinə çıxış əldə etməsi ilə razılaşmayacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (13 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.

“İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin İranın nüvə obyektlərinə çıxış əldə etməsi ilə əlaqədar müarciəti ilə razılaşmayacaq”, -deyə o qeyd edib.

Hörmüz boğazı ilə əlaqədar proseslərə diqqət çəkən Bəqai bildirib ki, region ölkələri öz aralarında məsləhətləşməklə və əcnəbi ölkələrin müdaxiləsi olmadan kollektiv təhlükəsizlik mexanizmlərini tənzimləyə bilərlər. İranın Hörmüz boğazı ilə əlaqədar mövqeyi tamamilə şəffaf şəkildə bəyan olunub.

“İran Hörmüz boğazının İranın milli təhlükəsizliyini hədələyən məkana çevrilməsinə icazə verməyəcəyinin vacibliyini qeyd edib. Eyni zamanda boğazdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyətli şəkildə səy göstərib”, - deyə o qeyd edib.

Bəqai əlavə edib ki, İran heyətinin Omana səfərində iki sahilyanı ölkə olaraq İran və Oman arasında Hörmüz boğazı ilə əlaqədar müzakirə aparılıb və başqa heç bir məsələ haqda danışıqlar olmayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranın hərbi hava hücumları nəticəsində vurulan nüvə obyektlərinə baxış keçirmək üçün səylər göstərir.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti