Bakı.Trend:
Bu gün dünyanın diqqəti Şuşadadır.
IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkəmizin siyasi, diplomatik və informasiya diplomatiyasının mühüm mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin Forumda səsləndirdiyi mesajlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirdi. "Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir" fikri ölkəmizin son illərdə qazandığı siyasi, iqtisadi və geostrateji uğurların məntiqi nəticəsidir.
Bu gün Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən, Orta
Dəhlizin əsas iştirakçılarından biri olan, milli maraqlarını
qətiyyətlə müdafiə edən və regional sabitliyə real təsir göstərən
dövlətdir. Qarabağın sürətlə bərpası, Şuşanın dünyanın media
mərkəzlərindən birinə çevrilməsi isə bu siyasətin ən parlaq
nəticələrindəndir.
Şuşadan dünyaya verilən mesaj aydındır: Azərbaycan öz sözünü özü
deyən, müstəqil siyasət yürüdən və qlobal proseslərdə getdikcə daha
böyük rol oynayan güclü dövlətdir.
"Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin rəhbəri Elnurə Abuşova