Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də İrana qarşı yeni hücum zərbələri dalğasını başa çatdırıb.
Bu barədə Mərkəzi Komandanlıq "X" sosial şəbəkəsində bildirib.
"Dəqiq idarə olunan sursatlardan istifadə edilməklə müxtəlif məkanlarda yerləşən onlarla hədəfə zərbələr endirilib. Məqsəd İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücumlarını davam etdirmək imkanlarını zəiflətmək olub.
CENTCOM qüvvələri ABŞ qırıcı təyyarələri, hərbi dəniz gəmiləri, birdəfəlik hücum tipli pilotsuz uçuş aparatları və ilk dəfə olaraq birdəfəlik hücum tipli dəniz dronlarından istifadə etməklə İranın hava hücumundan müdafiə sistemlərini, sahil radar məntəqələrini, raket və pilotsuz aparat imkanlarını, eləcə də kiçik qayıqlarını hədəfə alıb.
Hörmüz boğazı qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan mühüm dəniz dəhlizidir. İran bu boğaza nəzarət etmir.
ABŞ qüvvələri İranın davam edən əsassız təcavüzü, təzyiqləri, təhdidləri və özbaşına bəyanatlarına baxmayaraq, kommersiya gəmiçiliyi üçün naviqasiya azadlığının qorunmasını təmin etmək məqsədilə hazır vəziyyətdədir", - deyə məlumatda bildirilir.