Bakıda üç əsas küçədə hərəkət məhdudlaşdırılacaq – Sürücülərə xəbərdarlıq

Cəmiyyət Materials 11 İyul 2026 14:11 (UTC +04:00)
Bakıda üç əsas küçədə hərəkət məhdudlaşdırılacaq – Sürücülərə xəbərdarlıq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda aparılacaq təmir işləri ilə əlaqədar bir neçə yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, 13 iyul 2026-cı il saat 07:00-dək aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq:

* Səməd Vurğun küçəsi – Füzuli küçəsindən A.A. Bakıxanov küçəsinədək;
* Nazim Hikmət küçəsi – H.B. Zərdabi və Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək;
* Sənan Abdullayev küçəsi (Baksol yolu) – Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.

Agentlik sürücülərdən aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa anlayışla yanaşmağı, qeyd olunan müddətdə isə alternativ yollardan istifadə etməyi xahiş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti