Bu gün paytaxtın 544 küçəsi yuyulub

Cəmiyyət Materials 11 İyul 2026 17:39 (UTC +04:00)
Bu gün paytaxtın 544 küçəsi yuyulub
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün paytaxtın 544 küçəsi yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə bu gün, iyulun 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti