Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndlərində yanğın olub

Hadisə Materials 12 İyul 2026 23:30 (UTC +04:00)
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndlərində yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti