Qətərli vasitəçilər ABŞ-İran gərginliyinin azadılması üçün Tehrana səfər edib

Dünya xəbərləri Materials 10 İyul 2026 17:02 (UTC +04:00)
Qətərli vasitəçilər ABŞ-İran gərginliyinin azadılması üçün Tehrana səfər edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qətərli danışıqlar aparan nümayəndələr İran rəsmiləri ilə Tehran və Vaşinqton arasında gərginliyin azaldılması məqsədilə görüşlər keçirmək üçün İrandadırlar.

Bu barədə Reuters agentliyi öz məlumatlı mənbəsinə istinadən informasiya yayıb.

Mənbənin sözlərinə görə, məsləhətləşmələr ABŞ ilə koordinasiya şəraitində aparılır. Onların əsas məqsədi daha geniş dialoqun davam etdirilməsi üçün şərait yaratmaq, həmçinin ABŞ və İran arasında atəşkəsə dair memorandumun icrasını müzakirə etməkdir.

Agentliyin həmsöhbəti əlavə edib ki, tərəflər son gərginliyə səbəb olan məsələlərin, o cümlədən Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı fikir ayrılıqlarının da aradan qaldırılmasına çalışırlar.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti