Bakı.Trend:
İsrail ABŞ administrasiyasına İranın ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaya biləcəyinə eyham vuran kəşfiyyat məlumatları təqdim edib.
Bu barədə “The Wall Street Journal” (WSJ) öz məlumatlı mənbələrinə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, İsrail tərəfi ABŞ hakimiyyət orqanlarına Tehranın ehtimal olunan planları ilə bağlı kəşfiyyat məlumatları təqdim edib. Bununla belə, həmin məlumatların nə vaxt və hansı kanallar vasitəsilə ötürüldüyü dəqiqləşdirilmir.
ABŞ Prezidenti çərşənbə günü Ankarada jurnalistlərə açıqlamasında İranın əsas hədəflərindən biri olduğunu düşündüyünü bildirmişdi.
WSJ-nin yazdığına görə, İran 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə görə Donald Trampdan qisas almaq niyyətində olduğunu uzun illərdir açıq şəkildə bəyan edir.
Qəzet həmçinin qeyd edir ki, son həftələr Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İrana münasibətdə gələcək strategiya ilə bağlı fikir ayrılıqları dərinləşib. Belə ki, Netanyahu hərbi kampaniyanın davam etdirilməsinin tərəfdarı olduğu halda, Tramp münaqişənin daha da alovlanmasının qarşısını almağa çalışır.
