İranın Çabahar limanı fəaliyyətini davam etdirir

Dünya xəbərləri Materials 9 İyul 2026 12:56 (UTC +04:00)
İranın Çabahar limanı fəaliyyətini davam etdirir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə ABŞ-nin hərbi hava hücumları nəticəsində vurulmasına baxmayaraq İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətinin Çabahar limanı fəaliyyətini davam etdirir.

Bu barədə İranın Limanlar və Dənizçilik Təşkilatının Sistan və Bəluçestan vilayəti üzrə idarəsinin məlumatında qeyd olunub.

“Ötən gecə ABŞ-nin Çabahar hava limanına hava hücumları nəticəsində dəniz trafiki nəzarət mərkəzinin binasına xəsarət dəyib. Bu hadisə nəticəsində heç bir ölüm halı və əsas avadanlıqlara ziyan dəyməyib”, - deyə məlumatda qeyd olunur.

Bu hadisəyə baxmayaraq, Çabahar limanında məhsulların yüklənməsi və boşaldılması əməliyyatı həyata keçirilir.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün verdiyi açıqlamaya görə, Mərkəzi Komandanlıq qüvvələri Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib.

İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.

18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.

21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti