Bakı.Trend:
ABŞ-nin “USS Boxer” universal desant gəmisi ABŞ-nin İrana qarşı hərbi əməliyyatının ilk həftələrində sıradan çıxıb və döyüş əməliyyatlarında iştirak edə bilməyib.
Bu barədə "Newsmax" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ-nin İrana qarşı dəniz blokadası tətbiq etməsindən və Xarg adasının ələ keçirilməsi imkanının müzakirə olunmasından sonra göyərtəsində Dəniz Piyadalarının 11-ci Ekspedisiya Dəstəsini daşıyan gəmi mühərrik nasazlığı səbəbindən sıradan çıxıb.
Qeyd olunur ki, Yaxın Şərqə doğru hərəkət edən “USS Boxer”in təmirə ehtiyacı yaranıb. Ərəbistan dənizində ABŞ hərbi qruplaşmasını gücləndirmək əvəzinə, gəmi Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya birgə hərbi bazasına yönləndirilib və təmir başa çatanadək orada qalıb.
