Xamenei ilə vida mərasimlərində 40 milyondan çox insan iştirak edib

Dünya xəbərləri Materials 10 İyul 2026 11:14 (UTC +04:00)
Xamenei ilə vida mərasimlərində 40 milyondan çox insan iştirak edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran və İraqda İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimlərinə on milyonlarla insan qatılıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstərici hesab olunur.

Bu barədə "Press TV" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, matəm tədbirlərində təxminən 43 milyon nəfər iştirak edib ki, bu da onları "dünyanın indiyədək şahidi olduğu ən möhtəşəm yürüş"ə çevirib.

ABŞ və İsrailin zərbələri nəticəsində fevralın 28-də həlak olan Əli Xamenei ilə vida mərasimləri iyulun 3-də Tehranda başlayıb. Tədbirdə azı 100 ölkədən gəlmiş yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.

Həlak olmuş ali dini lider iyulun 9-da doğulduğu Məşhəd şəhərində dəfn edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti