Bakı. Trend:
PAŞA Sığorta könüllü tibbi sığorta çərçivəsində müxtəlif sahələrdə çalışan əməkdaşların müayinə və müalicə xərclərini qarşılayıb. Belə ki, 2026-cı ilin ilk altı ayı ərzində tibbi xidmətlər üzrə 4 191 131 AZN məbləğində xərcləri ödənilib.
Ödənilən məbləğə ambulator və stasionar müalicə, laborator müayinələr, diaqnostik xidmətlər, həkim konsultasiyaları və digər tibbi xidmətlər daxildir.
PAŞA Sığorta şirkətinin könüllü tibbi sığortası olan müştərilər geniş tərəfdaş şəbəkəsindən yararlanırlar. Belə ki, şirkət 120-dən artıq özəl klinika, 50-dən çox stomatoloji mərkəz və 135-dən artıq aptek şəbəkəsi ilə əməkdaşlıq edir.