Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib

Siyasət Materials 8 İyul 2026 15:27 (UTC +04:00)
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri dəyişib.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Anar Axundov – Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncam ilə edilən dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti