ABŞ yaxın saatlarda İranı bombalayacaq – Tramp

Dünya xəbərləri Materials 8 İyul 2026 17:31 (UTC +04:00)
ABŞ yaxın saatlarda İranı bombalayacaq – Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ qüvvələri yaxın saatlarda İrana qarşı yeni zərbələr endirməyi planlaşdırır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Ötən gecə onlara çox güclü zərbə endirdik. Ola bilsin ki, bu axşam yenidən zərbə endirək", – deyə ABŞ lideri bildirib.

"Mən onları xəbərdar edəcəyəm: bu axşam onlara güclü zərbə endirəcəyik. Sonra da nəticənin necə olacağını görəcəyik", – deyə o əlavə edib.

Qeyd edək ki, Ağ Ev rəhbəri bir müddət əvvəl İranla atəşkəsin başa çatdığını, hərbi əməliyyatların bərpa olunduğunu elan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti