Balakəndə sel səbəbindən köməksiz qalan kişi xilas edilib (VİDEO)

Hadisə Materials 8 İyul 2026 17:12 (UTC +04:00)
Balakəndə sel səbəbindən köməksiz qalan kişi xilas edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Balakən rayonu, Katex kəndində bir nəfər sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti