Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib

Dünya xəbərləri Materials 7 İyul 2026 21:32 (UTC +04:00)
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu bildirib.

"Bəli, bizim vaxtaşırı fikir ayrılıqlarımız olub. O, ABŞ prezidentidir və Birləşmiş Ştatlar üçün faydalı olanı edir. Mən isə İsrailin baş naziriyəm və İsrail üçün vacib və faydalı olanı edirəm", - deyə o, CNN telekanalının efirində bildirib.

Bununla yanaşı, Netanyahunun sözlərinə görə, əksər hallarda İsrail və ABŞ-nin maraqları üst-üstə düşür.

"Əsas məsələlər üzrə fikirlərimiz eynidir. Bəzən bu, bu belə olmur, lakin biz əsl müttəfiqlərik", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti