Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub

Siyasət Materials 8 İyul 2026 12:30 (UTC +04:00)
Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında iki mühüm sənəd imzalanıb.

İmzalanan sənədlərdən biri "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş", digəri isə "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"dur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti