Venesuelada zəlzələ qurbanlarının sayı 3685 nəfərə çatıb

Dünya xəbərləri Materials 8 İyul 2026 02:12 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 3685 nəfərə çatıb

Bakı. Trend:

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 3685 nəfərə çatıb.

Bu barədə Venesuela Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi zədələnib.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Bundan başqa, 25 970 nəfərə tibb müəssisələrində yardım göstərilib, 86 794 ailəyə humanitar dəstək verilib və zərərçəkənlərə 9603 ton ərzaq paylanıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti