Bakı.Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Berbera şəhərinin kənarında yerləşən hava limanının ərazisində hərbi infrastrukturun tikintisi davam edir.
Fransa mətbuatının məlumatına görə, burada Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və İsrail üçün birgə hərbi baza yaradılması nəzərdə tutulur.
Peyk görüntüləri genişmiqyaslı torpaq işlərinin aparıldığını, o cümlədən təhlükəsizlik sahəsindəki mənbələrin qiymətləndirməsinə əsasən sursat və yanacaq anbarı kimi istifadə oluna biləcək yeraltı obyektlərin inşa edildiyini göstərir.
Nəşr qeyd edir ki, tikintinin aktiv mərhələsi İsrailin 2025-ci ilin dekabrında Somalilendin müstəqilliyini tanıması ilə eyni dövrə təsadüf edib. Material müəlliflərinin fikrincə, bu, İsrailin İranın dəstəklədiyi husilərin fəaliyyət göstərdiyi Yəmən sahilləri yaxınlığında, Ədən körfəzi bölgəsində strateji dayaq məntəqəsi yaratmaq niyyəti ilə əlaqəli ola bilər.
“Le Monde” qəzetinin məlumatına görə, tikinti işlərini BƏƏ Somalilendlə hələ 2017-ci ildə imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirir.
