Rayonlarda yağış yağır, şimşək çaxır

Hadisə Materials 6 İyul 2026 12:05 (UTC +04:00)
Rayonlarda yağış yağır, şimşək çaxır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin iyulun 6-sı saat 11:00-a olan məlumatına əsasən yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti