Neymar Braziliya millisindəki karyerasını başa vurub

İdman Materials 6 İyul 2026 04:56 (UTC +04:00)
Neymar Braziliya millisindəki karyerasını başa vurub

Bakı. Trend:

"Santos"un futbolçusu Neymar Braziliya millisindəki karyerasını başa vurub.

Ulduz oyunçu bu barədə dünya çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə müsahibəsində deyib.

34 yaşlı hücumçu bu görüşün milli karyerasında sonuncu olduğunu və yığma ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Norveçə məğlub olan Braziliya millisi mundialda mübarizəni dayandırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti