“Neftçi” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin çempionu olub

İdman Materials 5 İyul 2026 00:40 (UTC +04:00)
“Neftçi” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin çempionu olub

Bakı. Trend:

“Neftçi” klubu 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub.

İyulun 3-4-də Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində ölkəmizi təmsil edən “Neftçi” qrupu lider kimi başa vuraraq 1/4 finala yüksəlib.

Paytaxt təmsilçisi 1/4 finalda Uqanda millisini 18:15, yarımfinalda isə Fransa yığmasını 14:10 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Həlledici görüşdə Kanada yığması ilə qarşılaşan “Neftçi” gərgin mübarizə şəraitində keçən oyunda rəqibini 15:9 hesabı ilə məğlub edərək Marsel mərhələsinin çempionu olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubunun və Azərbaycan millisinin üzvü Arika Karter seçilib.

Xəbər lenti

Xəbər lenti