Cənubi Qafqazda sülh Avropanın rifahına töhfə verəcək - Avrokomissar

Dünya xəbərləri Materials 3 İyul 2026 15:37 (UTC +04:00)
Cənubi Qafqazda sülh Avropanın rifahına töhfə verəcək - Avrokomissar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqı regional əlaqəliliyin inkişaf etdirilməsi məqsədilə Ankara, Bakı və Yerevanda yüksək səviyyəli danışıqlar aparıb.

Bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə Avrokomissar Marta Kos öz rəsmi “X” səhifəsində yazıb.

"Mən indicə Türkiyə, Azərbaycan və Ermənistandan qayıtmışam. Burada əlaqəliliyin inkişafı istiqamətində işimizi növbəti mərhələyə keçirdik. Bu, Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarının şaxələndirilməsi ilə yanaşı, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına da töhfə verə bilər. Genişlənmə və qarşılıqlı əlaqənin inkişafı bir-biri ilə sıx bağlıdır. Hər ikisi Avropanın sabitliyinin, rifahının və təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir", – deyə Marta Kos vurğulayıb.

Xatırladaq ki, iyulun 1-2-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Azərbaycana və Ermənistana səfər ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti