Bakı. Trend:
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 4-də cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron
yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq.
Nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə
arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə
duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.