Bakı. Trend:
2019-cu ildə baş vermiş yanğından sonra bərpa edilərək 2024-cü ildə
ziyarətçilərin istifadəsinə verilən Notr-Dam kilsəsində
yenidənqurma və bərpa işləri 2033-cü ilədək davam edəcək.
"France İnfo" bildirir ki, yanğından əvvəl də tikilinin texniki vəziyyəti qənaətbəxş deyildi. Bu səbəbdən abidənin tarixi və memarlıq əhəmiyyətinə uyğun səviyyəyə çatdırılması, eləcə də uzunmüddətli qorunmasının təmin olunması üçün əlavə bərpa işlərinə ehtiyac yaranıb.
Layihənin ümumi dəyəri 150 milyon avro olaraq qiymətləndirilir. Bu məbləğin 130 milyon avrosunun toplanması isə hələ qarşıdakı mərhələdə həyata keçirilməlidir.
Bərpa proqramının ilk mərhələsində XIX əsrdən bəri əsaslı şəkildə yenilənməyən məşhur qızılgül formalı vitrajın restavrasiyası nəzərdə tutulur.
Həmin işlərin 2027–2029-cu illər ərzində başa çatdırılması planlaşdırılır.