Portuqaliya millisi Xorvatiya ilə matçda geridönüş edərək 1/8 finala yüksəlib

İdman Materials 3 İyul 2026 05:20 (UTC +04:00)
Portuqaliya millisi Xorvatiya ilə matçda geridönüş edərək 1/8 finala yüksəlib

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.

Turnirin 1/16 finalında Xorvatiya millisinə 2:1 hesabı ilə qalib gələn Portuqaliya yığması növbəti raunda vəsiqə qazanıb.

Matçda hesabı 53-cü dəqiqədə xorvatiyalılar açıblar. İvan Perişiç fərqlənib. 68-ci dəqiqədə Portuqaliya seçməsinin kapitanı Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək oyunda tarazlığı bərpa edib. Qələbə qoluna isə 90+4-cü dəqiqədə Qonsalu Ramuş imza atıb.

Beləliklə, Portuqaliya millisi 1/8 finalda İspaniya yığmasına rəqib olub.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala yüksəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti