Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ölkələr və xalqlar arasında əlaqələrin qurulması yolu ilə sülhün əldə edilməsinin vacibliyini vurğulayıb.
Bu barədə Ursula fon der Leyen öz "Instagram" səhifəsində paylaşım edib.
"Sülh... ölkələr və insanlar arasında körpülər qurmaqla.
Həm sözün həqiqi, həm də məcazi mənasında!
Mən Cənubi Qafqaz üçün dəyəri 200 milyon avro olan "Bağlantılar vasitəsilə sülh" proqramını elan etdim.
Sülhün, qarşılıqlı bağlılığın və firavanlığın hökm sürdüyü bir region naminə", - deyə paylaşımda bildirilib.
