Bakı. Trend:
Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycn Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) iyulun 3-ü saat 21:00-dan iyulun 6-sı saat 06:00-dək yol tam bağlanacaq.
Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə
küçəsinədək) iyulun 5-i saat 07:00-dan
iyulun 7-si saat 23:00-dək yol tam bağlanacaq.
Sürücülərdən təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etmələri, müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etmələri xahiş olunub.
