Dağlıq rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 3 İyul 2026 16:59 (UTC +04:00)
Dağlıq rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti