Xankəndidə növbəti müayinə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyul 2026 13:42 (UTC +04:00)
Xankəndidə növbəti müayinə aksiyası keçirilib (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mütəxəssislərinin iştirakı ilə həyata keçirilib. Səyyar tibbi aksiya çərçivəsində travmatoloq-ortopedlər, fizioterapevtlər, pediatr və infeksionist həkimlər tərəfindən sakinlər müayinə olunublar. Müayinələr zamanı dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq göstəriciləri və infeksion xəstəliklərlə bağlı diaqnostik qiymətləndirmələr aparılıb",-deyə nazirlikdən bildirilib.

Bildirilib ki, səyyar tibbi aksiya çərçivəsində travmatoloq-ortopedlər, fizioterapevtlər, pediatr və infeksionist həkimlər tərəfindən sakinlər müayinə olunublar. Müayinələr zamanı dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq göstəriciləri və infeksion xəstəliklərlə bağlı diaqnostik qiymətləndirmələr aparılıb.

"Müayinələr nəticəsində vətəndaşlara sağlamlıq vəziyyətlərinə uyğun fərdi tibbi məsləhətlər verilib, ehtiyac yarandıqda ilkin tibbi yardım göstərilib. Fizioterapevtlər tərəfindən isə reabilitasiya tədbirləri və hərəkət funksiyalarının bərpasına dair tövsiyələr təqdim olunub.

Aksiya çərçivəsində 80-ə yaxın Xankəndi sakini müxtəlif ixtisaslar üzrə həkimlərin konsultasiya və tibbi xidmətlərindən yararlanıb.

Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən səyyar tibbi aksiyalar işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına, ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılmasına və “Böyük Qayıdış” prosesinin sosial təminat komponentinin gücləndirilməsinə xidmət edir.

Nazirlik bu istiqamətdə səyyar tibbi müayinələrin və sağlam həyat tərzinin təşviqinə yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini ardıcıl şəkildə davam etdirəcək",-deyə nazirliyin mətbuat xidmətindən əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti