Rubio və Van İ ABŞ-Çin münasibətlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 3 İyul 2026 06:57 (UTC +04:00)
Rubio və Van İ ABŞ-Çin münasibətlərini müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqotun yazılı açıqlamasında bildirilib.

Məlumata əsasən, danışıq zamanı iki ölkə arasında konstruktiv münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

"Dövlət katibi Rubio Prezident Trampın qeyd etdiyi kimi, ədalət və qarşılıqlılığa əsaslanan strateji sabitliyi təmin edən konstruktiv münasibətlərin qurulmasının vacibliyini müzakirə edib", - deyə sənəddə qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti