İyunda 230 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DSX

Hadisə Materials 1 İyul 2026 17:30 (UTC +04:00)
İyunda 230 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DSX
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 2026-cı ilin iyun ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı həyata keçirdiyi əməliyyatların nəticələrini açıqlayıb.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 229 kiloqram 974 qram narkotik vasitə və 9 200 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

"6 halda pilotsuz uçuş aparatı vasitəsilə dövlət sərhədindən keçirilməsinə cəhd göstərilən 47 kiloqram 6 qram narkotik vasitə və 2 000 ədəd psixotrop həb də ələ keçirilib.

Qaçaqmalçılığa qarşı keçirilən əməliyyatlar zamanı isə ümumi dəyəri 4 milyon 830 min 558 manat olan qaçaqmal, o cümlədən dərman vasitələri, spirtli içkilər və tütün məmulatları aşkarlanaraq götürülüb",-deyə DSX-nin Mətbuat Mərkəzindən əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti