Əsgəran-Xocalı-Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb

Cəmiyyət Materials 2 İyul 2026 09:43 (UTC +04:00)
Əsgəran-Xocalı-Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisinin 86 faizi tamamlanıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidməti məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, 14,1 kilometr uzunluğunda olan və I texniki dərəcəyə uyğun inşa edilən avtomobil yolu Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər edənlərin daha qısa, rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin edəcək. Yolun torpaq yatağının eni ərazinin relyefindən asılı olaraq 26,5 metrədək dəyişir.

"Layihə çərçivəsində torpaq işləri tam yekunlaşdırılıb və yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.

Bununla yanaşı, yolboyu layihələndirilən 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, həmçinin 14 avtobus dayanacağının quraşdırılması işləri tam başa çatdırılıb",-deyə AAYDA-nın Mətbuat xidmətindən qeyd edilib.

Bildirilib ki, hazırda layihə üzrə ümumi icra səviyyəsi 86 faiz təşkil edir.

"Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, eləcə də kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək",-deyə AAYDA-nın Mətbuat xidmətindən əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti