Bakı.Trend:
Bakıxanov qəsəbəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
“Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb”,-deyə FHN-nin Mətbuat Xidmətindən bildirilib.
Nazirliyin Mətbuat xidmətindən qeyd edilib ki, yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu, yaxınlıqda park edilmiş "AUDİ" markalı minik avtomobilinin arxa yük hissəsi, "NİSSAN" və "FORD” markalı minik avtomobillərinin arxa bamperi, "FORD" markalı yük avtomobilinin ön bamperi yanıb.
“Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub”, - deyə FHN-nın Mətbuat xidmətindən əlavə edilib.
