QDTİB ötən il 31 yeni layihəni təsdiqləyib - Sahil Babayev

İqtisadiyyat Materials 1 İyul 2026 10:56 (UTC +04:00)
QDTİB ötən il 31 yeni layihəni təsdiqləyib - Sahil Babayev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ötən il ümumi dəyəri 668 milyon avrodan çox olan 31 yeni layihəni təsdiqləyib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) İdarəedicilər Şurasının 28-ci İllik Toplantısında deyib.

"Mürəkkəb geosiyasi və iqtisadi şəraitə baxmayaraq, bank dayanıqlılıq nümayiş etdirib, əməliyyat fəaliyyətini genişləndirib və bütün region üzrə inkişaf mandatını yerinə yetirməyə davam edib. Ötən il əldə olunan nəticələr ümidvericidir. Ümumi dəyəri 668 milyon avrodan çox olan 31 yeni layihə təsdiqlənib ki, bu da əvvəlki illə müqayisədə təxminən 81 faiz çoxdur", - deyə Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bankın əməliyyat portfelinin təxminən 1,5 milyard avroya çatması və yüksək maliyyə göstəriciləri ilə yanaşı, bu nəticələr onun regional inkişaf institutu kimi əhəmiyyətini və səmərəliliyini vurğulayır.

"Bu nailiyyətlər bankın 2025–2026-cı illəri əhatə edən ortamüddətli strategiyasının və biznes planının ikinci mərhələsinin icrasının ilk ilində əhəmiyyətli irəliləyiş əldə olunduğunu göstərir. Eyni zamanda, onlar bankın inkişaf missiyasına sadiq qalaraq üzv ölkələrin dəyişən ehtiyaclarına çevik cavab vermək qabiliyyətini nümayiş etdirir", - deyə Sahil Babayev qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti