Tramp İranla danışıqların son tarixdən sonraya qalmasına etiraz etməyəcək

Dünya xəbərləri Materials 1 İyul 2026 06:24 (UTC +04:00)
Tramp İranla danışıqların son tarixdən sonraya qalmasına etiraz etməyəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, Tehranla danışıqların qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulan 60 günlük son müddəti aşmasını problem hesab etmir.

Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son bir neçə gün ərzində ABŞ lideri Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə bir neçə görüş keçirib.

Görüşlərdə İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalı müzakirə olunub. Tramp hesab edib ki, genişmiqyaslı hücumların növbəti dalğası diplomatik səylərə mane olar və Vaşinqtonun İranın nüvə proqramının ləğvinə nail olmaq şanslarını azaldar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti