Uitkoff və Kuşner Dohada ABŞ-nin İranla danışıqlara sadiqliyini bir daha təsdiqləyiblər

Dünya xəbərləri Materials 1 İyul 2026 05:27 (UTC +04:00)
Uitkoff və Kuşner Dohada ABŞ-nin İranla danışıqlara sadiqliyini bir daha təsdiqləyiblər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner çərşənbə axşamı Dohada Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüş zamanı ABŞ-nin hərtərəfli razılaşmanın əldə olunması məqsədilə İranla danışıqları davam etdirmək niyyətində olduğunu təsdiqləyiblər.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

"ABŞ-nin iki nümayəndəsi Qətər Dövlətinin Pakistan İslam Respublikası ilə tərəfdaşlıq çərçivəsində danışıqların aparılmasına göstərdiyi dəstəyə görə ABŞ-nin minnətdarlığını ifadə edib, eyni zamanda ABŞ-nin danışıqlar prosesini davam etdirmək və hərtərəfli razılaşmanın əldə edilməsinə yönəlmiş diplomatik səyləri dəstəkləmək öhdəliyini vurğulayıblar", - deyə Qətər XİN-in "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildiriliи.

Qeyd olunub ki, görüş zamanı Uitkoff və Kuşner Al Tanı ilə ABŞ–İran danışıqlarının gedişini, "dialoq və diplomatiya vasitəsilə regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səyləri", eləcə də Livanda atəşkəs məsələsini müzakirə ediblər.

Məlumata görə, Al Tani bildirib ki, Qətər Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumu çərçivəsində vasitəçilik səylərini və danışıqların bütün istiqamətlərinə dəstəyini davam etdirəcək. Məqsəd regionda təhlükəsizliyi möhkəmləndirəcək, xalqların maraqlarını qoruyacaq, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verəcək "hərtərəfli və davamlı həllə" nail olmaqdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti