Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək

İqtisadiyyat Materials 30 İyun 2026 15:59 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) buraxdığı, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.

Bu barədə Milli Depozit Mərkəzinin (MDM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 643,06 (bir min altı yüz qırx üç manat 06 qəpik) manat təşkil edir.

Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan, nominal dəyəri 100 000 manat təşkil edən istiqrazların yerləşdirilməsi 2025-ci ilin 1 oktyabrında uğurla başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti