Murovdağ tunelində asfaltlanma başlayıb

Cəmiyyət Materials 29 İyun 2026 20:15 (UTC +04:00)
Murovdağ tunelində asfaltlanma başlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dünyanın ən uzun tunellərindən biri olan Murovdağ tunelində asfaltlanma işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidməti məlumat yayıb.

Agentliyin Mətbuat Xidmətindən verilən məlumata görə, uzunluğu 11,7 km olan tunel Toğanalı-Kəlbəcər-İstisu yolunun 13.5-ci km-də inşa edilir.

“Uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu yolu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən mühüm layihələrindən biri sayılır.

Yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 3250 metrədək artır. Avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi aparılır”,-deyə qurumun Mətbuat Xidmətindən bildirilib.

AAYDA-nın Mətbuat Xidmətindən qeyd edilib ki, Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə 1-cidir.

“Tuneldə fövqaladə hallar üçün sağ və sol hissələri birləşdirən 38 keçid tuneli də inşa edilib.

Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilib. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 89 faizi icra olunub.

Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək”,- AAYDA-nın Mətbuat Xidmətindən əlavə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti