Vinisius Messi və Ronaldonun nailiyyətini təkrarladı

İdman Xəbər 29 İyun 2026 18:59 (UTC +04:00)
Vinisius Messi və Ronaldonun nailiyyətini təkrarladı
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

"Real" və Braziliya millisinin üzvü Vinisius Junior dünya çempionatlarında Lionel Messi və Kriştiano Ronaldonun unikal nailiyyətini təkrarlayıb.

25 yaşlı vinger DÇ-2026-nın qrup mərhələsində komandasının keçirdiyi hər üç matçda ən yaxşı oyunçu seçilib. Vinisius Mərakeş, Haiti və Şotlandiya yığmalarına qarşı keçirilən görüşlərin yekunlarına əsasən bu mükafata layiq görülüb.

Buna qədər yalnız iki futbolçu belə bir nəticəyə nail ola bilmişdi. 2010-cu il dünya çempionatında Kriştiano Ronaldo Braziliya, Fil Dişi Sahili və KXDR ilə matçlarda, 2014-cü il mundialında isə Lionel Messi Bosniya və Herseqovina, İran və Nigeriya ilə qarşılaşmalardan sonra analoji mükafatı qazanmışdı.

Beləliklə, Vinisius bir dünya çempionatının qrup mərhələsində keçirilən hər üç matçda ən yaxşı oyunçu seçilən tarixdə üçüncü futbolçu olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti