Bakı. Trend:
Pep Qvardiola ilə yollarını ayıran "Mançester Siti"nin yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa nəhəngini Entso Mareska çalışdıracaq.
İtaliyalı mütəxəssislə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Entso Mareskanın son iş yeri bu ilin yanvarında ayrıldığı "Çelsi" olub.
