Bakı. Trend:
AZCON Holding AZSET bakalavr proqramı ilə tələbələr üçün təhsil və sənaye arasında körpü yaradır.
Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Beynəlxalq akademik yanaşmanı praktik təcrübə ilə birləşdirən proqram gələcəyin mühəndislərinə peşəkar inkişaf və karyera imkanları təqdim edir”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, AZSET bakalavr proqramı Azərbaycanın ali təhsil müəssisələrinin təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarında təhsil alan, birinci kursu uğurla başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Namizədlərdən uğurlu akademik nəticə və ən azı B2 səviyyəsində ingilis dili biliyi tələb olunur. Şərtlərə cavab verən tələbələr 15 iyul 2026-cı il tarixinədək bu link vasitəsilə qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edə və 2-ci kursdan təhsillərini AZSET-də davam etdirə bilərlər.