Bakı. Trend:
Monakoda baş verən güclü partlayış nəticəsində azı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə prokurorluğa istinadən "BFM TV" telekanalı məlumat yayıb.
Məlumata əsasən, yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Fransa polisi onların Ukrayna və Rusiya əsilli şəxslər olduğunu bildirib.
İlkin məlumata görə, partlayış hadisədən az əvvəl naməlum bir şəxsin küçədə bel çantasını qoyaraq ərazidən uzaqlaşmasından sonra baş verib.
Hazırda hüquq-mühafizə orqanları hadisədə şübhəli bilinən şəxsin
müəyyən edilərək saxlanılması istiqamətində axtarış tədbirlərini
davam etdirir.