Dünya çempionatı: İngiltərə millisi Panamaya qalib gələrək qrup birincisi olub

İdman Materials 28 İyun 2026 03:38 (UTC +04:00)
Dünya çempionatı: İngiltərə millisi Panamaya qalib gələrək qrup birincisi olub

Bakı. Trend:

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.

L qrupunun III turu çərçivəsində İngiltərə və Panama yığmaları qarşılaşıb. "Nyu-York/Nyu-Cersi" stadionunda baş tutan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 62-ci dəqiqədə açılıb, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem fərqlənib. Bu qoldan 5 dəqiqə sonra – qarşılaşmanın 67-ci dəqiqəsində Harri Keyn rəqib qapısına yol taparaq komandasının üstünlüyünü möhkəmləndirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv L qrupunu birinci sırada tamamlayaraq pley-off mərhələsinə vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti