Bakı. Trend:
Pakistanın ən böyük şəhəri olan Kəraçidə atışma və partlayış baş verib.
Bu barədə "Dawn" qəzeti hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Qəzetin xəbərinə görə, vəziyyəti nəzarət altına almaq üçün hadisə yerinə polis və çevik hərəkət qüvvələri gəlib. Ərazi mühasirəyə alınıb.