Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Cəmiyyət Materials 26 İyun 2026 14:19 (UTC +04:00)
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisələri qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlardan birinin bankomatda unutduğu pul vəsaitini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı S.Süleymanov müəyyən olunaraq saxlanılıb.

Keçirilən digər tədbir zamanı rayon ərazisində iaşə obyektlərindən birindən 900 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 35 yaşlı R.Kərimov da saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti