Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 25 İyun 2026 09:43 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycan neftinin Azeri Light markasının qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,36 ABŞ dolları və ya 4,2 faiz azalaraq bir barel üçün 76,38 ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı neftin bir barelinin qiyməti 3,27 ABŞ dolları və ya 4,2 faiz azalaraq 74,08 ABŞ dollarına enib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,33 ABŞ dolları və ya 6,5 faiz azalaraq bir barel üçün 47,70 ABŞ dolları olub.

Şimal dənizində hasil olunan Dated Brent markalı neftin bir barelinin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 3,28 ABŞ dolları və ya 4,3 faiz azalaraq 72,11 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti