Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb (FOTO)

Siyasət Materials 24 İyun 2026 18:08 (UTC +04:00)
Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 24-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumatına görə, görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, müttəfiqlik və qarşılıqlı etimada əsaslanan münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, hər iki ölkənin qanunverici orqanları arasında sıx təmasların və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.

Tərəflər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının bundan sonra da yeni məzmunla zənginləşəcəyinə əminlik ifadə edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti